İsveçrənin müraciəti - Türkiyəliləri qəzəbləndirdi

isvecrenin-muracieti
Oxunma sayı: 2788

Daha bir ölkə Türkiyəyə qarşı sərt münasibət sərgiləyib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İsveçrənin “Blick” qəzeti ölkədə yaşayan türklərə müraciət edib. Manşetdə yer alan xəbərdə türkcə “Ərdoğanın diktatorluğuna “yox” səsi verin” sözləri yazılıb.

Rəsmi Türkiyə bu başlığa etiraz edib.

Xatırladaq ki, bundan əvvəl Almaniya və Hollandiya türk nazirlərin ölkədə referendum kampaniyası keçirməsinə icazə verməmişdi.

Aysel Kərimova