İsveçrədə sürücüsüz avtobuslar işləyəcək

isvecrede-surucusuz-avtobuslar-isleyecek
Oxunma sayı: 1490

Gələn ilin yazında İsveçrə küçələrində sürücüsüz avtomobillər hərəkət edəcək.

“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, 9 nəfərlik tutuma malik 2 ədəd avtonom mikroavtobus Syon şəhərinin turizm zonasında hərəkət edəcək. Belə nəqliyyat növünün sınaqdan keçirilməsi ölkənin ictimai nəqliyyat sisteminin yenidən qiymətləndirilməsində mühüm rol oynayacaq.

“PostBus” adlanan sürücüsüz avtobusları yeni «BestMile» şirkəti hazırlayır. Sınaq müddəti 2 il davam edəcək və avtonom avtobusların əhəmiyyətini nümayiş etdirəcək.