İsveçli qadın nazirlərdən Ruhaniyə jest

isvecli-qadin-nazirlerden-ruhaniye-jest
Oxunma sayı: 1551

İrana səfər edən isveçli qadın nazirlər geyimləri ilə diqqət mərkəzində olublar.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin 12 qadın nazirinin hamısı prezident Həsən Ruhaninin qonağı olub. Yerli qanunlara əməl edən nazirlər başlarını örtüb, yubka əvəzinə şalvardan istifadə ediblər.

İki ölkə arasında əlaqələri genişləndirmək üçün sazişlər imzalanıb.

Qeyd edək ki, İsveç hökumətində 12 qadın, 12 kişi nazir var.