İsveçdə miqrantlar kütləvi iğtişaşlar törədib

isvecde-miqrantlar-kutlevi-igtisaslar-toredib
Oxunma sayı: 845

İsveçin Stokholm şəhərində miqrantlar kütləvi iğtişaşlar törədiblər.

Qafqazinfo” xəbər verir ki, bu barədə “SVT” kanalı məlumat yayıb.

Məlumata görə, iğtişaşlar fevralın 20-də başlayıb. Belə ki, polis metroda axtarışda olan bir neçə şübhəlini saxlayıb. Bu zaman tərəflər arasında qarşıdurma baş verib. Daha 2 saat sonra isə şəhərin başqa rayonunda iğtişaşlar başlayıb. Etirazçılar bir neçə maşını yandırıblar.

Yerli polis iğtişaşlarda neçə nəfərin iştirak etdiyi dəqiq deməkdə çətinlik çəkib. Artıq günahkarların müəyyənləşdirilməsinə və saxlanılmasına başlayıb.