İstanbulda FETÖ əməliyyatı

istanbulda-feto-emeliyyati
Oxunma sayı: 1111

Bu gün səhər saatlarında İstanbulun 17 bölgəsində FETO/PDY əməliyyatı keçirilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fatih Vətən küçəsində yerləşən polis şöbəsinin əməkdaşları saat 5:00- da əməliyyat həyata keçiriləcək ünvanlara yollanıb. Bakırköyün Florya küçəsində 4 mərtəbəli binada və digər ünvanlarda polis əməkdaşları axtarış həyata keçirib. Əməliyyat zamanı çoxlu sayda polis işçisinin saxlanıldığı və təşkilatlanmağa dair çoxsaylı sənədlərin ələ keçirdiyi bildirilir. O cümlədən 60-a yaxın keçmiş polis işçisinin bylock-dan istifadə etdiyi təsbit edilib.