İstanbulda daha bir partlayış - 1 ölü, 3 yaralı

istanbulda-daha-bir-partlayis
Oxunma sayı: 1219

İstanbulun Florya adlanan ərazisində partlayış baş verib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Floryada yerləşən avtomobil satış məntəqəsində baş verib. Nəticədə, bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

İddialara görə, silahlı üç şəxs borca görə məkanı basıb. Onlar içəriyə əl qumbarası atıb. Nəticədə həmin şəxsin özü həlak olub, 3 nəfər isə yaralanıb.