İstanbulda anti-terror əməliyyatı - Helikopterlər havaya qalxdı

istanbulda-anti-terror-emeliyyati
Oxunma sayı: 1295

Türkiyənin İstanbul şəhərində hüquq mühafizə orqanları anti-terror əməliyyatı keçirib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Okmeydanında keçirilən əməliyyata vertolyotlar havadan dəstək verib.

Məlumata görə, Terrorla Mübarizə, Xüsusi Təyinatlılar və Çevik Polis Qüvvələri “DHKP/C” terror qruplaşmasına bağlı “Gənclik Federasiyası”nın olduğu məkana basqın edib.

Anti-terror əməliyyatı keçirilən məkanda 5 nəfər həbs edilib. Şübhəlilərdən birinin canlı bomba ola biləcəyi qeyd edilib.