Türkiyənin İstanbul şəhərində hüquq mühafizə orqanları anti-terror əməliyyatı keçirib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Okmeydanında keçirilən əməliyyata vertolyotlar havadan dəstək verib.
Məlumata görə, Terrorla Mübarizə, Xüsusi Təyinatlılar və Çevik Polis Qüvvələri “DHKP/C” terror qruplaşmasına bağlı “Gənclik Federasiyası”nın olduğu məkana basqın edib.
Anti-terror əməliyyatı keçirilən məkanda 5 nəfər həbs edilib. Şübhəlilərdən birinin canlı bomba ola biləcəyi qeyd edilib.