İstanbul terrorçularının kimlikləri açıqlandı

istanbul-terrorcularinin-kimlikleri-aciqlandi
Oxunma sayı: 2698

İstanbul Atatürk hava limanında 43 nəfərin ölümü, 238 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədənlərin kimlikləri bəlli olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, terrorçulardan biri özbək vətəndaşı, biri Dağıstan əsilli rus vətəndaşı, digəri isə qırğız vətəndaşıdır. Rusiya vətəndaşı olan terrorçu pasportunu Fatihdə kirayələdiyi evdə qoyub və onun təxminən 1 ay əvvəl Türkiyəyə daxil olduğu məlum olub.