İsrail TANAP-a qoşulur?

israil-tanap-a-qosulur
Oxunma sayı: 1438

İsrail TANAP layihəsinə qoşula bilər.

Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin enerji naziri Yuval Steynits “Hürriyyet” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, İsrail hasil etdiyi təbii qazı Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsi ilə Türkiyə üzərindən Avropaya ixrac edə bilər. Nazir onu da qeyd edib ki, İsrailin çox böyük qaz ehtiyatı var və bu göstərici gələcəkdə 2,5 trilyon kubmetrə çata bilər.

Sözügedən məsələ barədə danışan Steynits onu da vurğulayıb ki, İsrailin TANAP-a qoşulması Türkiyə və İsrailin xeyrinədir.

Aysel Kərimova