İsrail Suriya ordusunu bombalayıb

israil-suriya-ordusunu-bombalayib
Oxunma sayı: 979

İsrail Hərbi Hava Qüvvələrinin helikopterləri Kuneytra əyalətinin cənubundakı Suriya ordusunun mövqelərinə zərbə endirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Mayadin” kanalı məlumat yayıb.

Kanalın verdiyi məlumata əsasən hücum zamanı Al-Baas şəhərindəki hərbi şəhərciyə zərbə endirilib. Xəsarət alanın olmadığı açıqlanıb.

İsrail ordusundan verilən məlumata görə, hava zərbələri Suriya tərəfində atılan artilleriya atəşinə cavab olub.