İsrail Dəməşq hava limanını bombalayıb

israil-demesq-hava-limanini-bombalayib
Oxunma sayı: 1020

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşqdə yerləşən El Mezza hərbi hava limanını bombalayıb.

Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Al-Masdar News” məlumat yayıb.

Məlumata görə, hərbi sursat anbarın bombalanması nəticəsində bir neçə partlayış baş verib.

Hazırda itkilər barəsində məlumat yoxdur.