İslam Kərimovun yerinə prezident seçilir

islam-kerimovun-yerine-prezident-secilir
Oxunma sayı: 3116

Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, seçki məntəqələri səhər saat 6:00-da açılıb, axşam 18.00-da bağlanacaq.

Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.

Prezident seçkilərində Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayev namizəddir.

Özbəkistanda növbədənkənar seçkilər ölkə Konstitusiyasına uyğun olaraq prezident İslam Kərimovun 2016-cı ilin sentyabrında 79 yaşında vəfatı ilə əlaqədar keçirilir.