“Bizdə Kərimovun ölümü ilə bağlı sübut yoxdur” - Putinin sözçüsü

bizde-kerimovun-olumu-ile-bagli-subut-yoxdur
Oxunma sayı: 11547

Özbəkistan prezidenti, 79 yaşlı İslam Kərimovun ölüm xəbəri yayılıb.

Qafqazinfo” xəbər verir ki, məlumatı Fergana News Agentliyi yayıb. Dövlət başçısının ölümü ilə bağlı rəsmi mənbələrdən heç bir açıqlama-təkzib və ya təsdiq gəlməyib.

Agentlik şəxsi mənbələrinə istinadən qeyd edir ki, İslam Kərimov Daşkənd vaxtı ilə saat 15-16 radələrində vəfat edib.

Digər beynəlxalq xəbər saytları və portallar da informasiyanı sözügedən agentliyə istinadən dərc ediblər.

Qeyd edək ki, Özbəkistan prezidenti avqustun 27-i səhər saatlarında insult keçirib.

***

““Kreml”də İslam Kərimovun ölümü ilə bağlı hər hansı məlumat yoxdur”.

Bu barədə Life.ru-ya Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Bizdə onun ölümü ilə bağlı heç bir sübut yoxdur”, - Peskov əlavə edib.