İŞİD üzvü olan azərbaycanlı həbs edildi - Rusiyada hökm oxundu

isid-uzvu-olan-azerbaycanli-hebs-edildi
Oxunma sayı: 1497

İŞİD terror qruplaşmasının üzvü olan Murad Nəcəfov Rusiyada 5,5 il azadlıqdan məhrum edilib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, məlum olub ki, Orenburqda yaşayan əslən Azərbaycandan olan 1993-cü il təvəllüdlü Nəcəfov radikal islam ideyaları ilə maraqlanıb. 2014-cü ildə o, Suriyaya gedib və könüllü olaraq İŞİD sıralarına qoşulub.  Ötən il isə şəxsi hesabına Türkiyəyə gedib, lakin miqrasiya qanunvericiliyini pozduğu üçün Rusiyaya qovulub.

Məhkəmədə həmyerlimiz cinayətini etiraf edib.