​İŞİD Ukraynanı düşmən ölkə elan etdi

isid-ukraynani-dusmen-olke-elan-etdi
Oxunma sayı: 2842

"İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) 60 düşmən ölkə arasında Ukraynanın da adının qeyd olunduğu video yayımlayıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" nəşri yazıb.

Terrorçular Suriyadakı münaqişəyə adiyyəti olmayan Ukrayna, Polşa, Litva, Moldova və digər dövlətləri beynəlxalq anti-terror koalisiyası ölkələri tərkibinə daxil edib.

Nəşr qeyd edir ki, "YouTube" və "Vimeo"ya yerləşdirilən videolar artıq silinib. Videoda guya Suriyada İŞİD-ə qarşı döyüşən 60 ölkənin siyahısı təqdim olunub. Onların arasında Ukrayna bayrağı da olub.