İŞİD Mosulda 300-ə yaxın insanı edam edib

isid-mosulda-300-e-yaxin-insani-edam-edib
Oxunma sayı: 1737

İraqın Mosul şəhərinin cənubunda İŞİD silahlıları tərəfindən 284 nəfər edam edilib.

Qafqazinfo” xəbər verir ki,  bu barədə “CNN telekanalı” İraq kəşfiyyatındakı mənbəyə istinadən məlumat verib.

Edamlar oktyabrın 20-də törədilib. Öldürülənlərin əksəriyyəti kişilər və oğlan uşaqları olub. Terrorçular insanları  güllələdikdən sonra meyitləri buldozerlə ümumi məzara atıblar.

Kanalın məlumatına görə, İŞİD terrorçuları iki kənddən ümumilikdə 550 ailəni qaçırıb.

Qeyd edək ki, Mosul əməliyyatında İraq ordusu, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) silahlı gücü olan Peşmərgə qoşunları, ABŞ və Fransa qüvvələri iştirak edir.