“İŞİD Mosul əməliyyatlarında 900 döyüşçüsünü itirib”

isid-mosul-emeliyyatlarinda-900-doyuscusunu-itirib
Oxunma sayı: 1049

İraq ordusunun Mosulu azad etmək üçün keçirdiyi əməliyyatlarda İŞİD qruplaşmanın 800-900 silahlısı öldürülüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Jozef Votel “Frans Press”ə açıqlamasında bildirib.

“Mosulla bağlı əməliyyatlarda təkcə keçən həftə bizim təxminlərimizə görə 800-900 İŞİD döyüşçüsü məhv edilib. Dəqiq rəqəm söyləmək çətindir, çünki döyüşçülər şəhər sakinləri ilə qarışıblar”,- deyə general qeyd edib.

İraq hökumətindən verilən məlumata görə, döyüşlər zamanı təxminən 57 İraq əsgəri qətlə yetirilib və 250 nəfər isə yaralanıb.  

Qeyd edək ki, Mosul əməliyyatı oktyabrın 17-dən başlayıb.