İŞİD lideri Mosuldadır - Pentaqon

isid-lideri-mosuldadir
Oxunma sayı: 1181

İŞİD terror təşkilatının lideri Əbu-Bəkr Əl Bağdadinin İraqın Mosul şəhərində olduğu bildirilib.

Qafqazinfo” xəbər verir  ki, bu barədə Reuters  agentliyi məlumat yayıb.

Pentaqondan verilən açıqlamada bildirilir ki, Əbu-Bəkr İraq səhralarında gizlənərək döyüş gedən bölgələrdə görünməməyə çalışır. İŞİD liderinin gün ərzində bir neçə dəfə yer dəyişdiyi də vurğulanıb.

Qeyd edək ki, koalisiya qüvvələri Mosulu azad etmək üçün 2016-cı ilin oktyabrın 17-dən əməliyyata başlayıb.