İŞİD komandirlərinin olduğu ev bombalandı - 13 ölü

isid-komandirlerinin-oldugu-ev-bombalandi
Oxunma sayı: 1282

İraq ordusu İŞİD lideri Əbubəkr əl Bağdadı və yüksək rütbəli komandirlərinin toplaşdığı evi bombalayıb.

Qafqazinfo” “BBC”yə xəbər verir ki, bu barədə İraq ordusu açıqlama yayıb.

Əməliyyat fevralın 11-də keçirilib.

Kəşfiyyat məlumatına görə, Əbubəkr əl Bağdadinin kortecinin Rakka ilə Əl Kaim arasında olduğu müəyyən edilib. Daha sonra terrorçuların yığışdığı ev bombalanıb.

Hücum nəticəsində 13 İŞİD-çinin öldürüldüyü bildirilib. Əl Bağdadinin ölümü barəsində isə məlumat verilməyib.