İŞİD-in fransalı komandiri öldürüldü

isid-in-fransali-komandiri-olduruldu
Oxunma sayı: 1477

ABŞ Hərbi Hava Qüvvələri Mosulda İŞİD-in fransız vətəndaşı olan komandiri Rəşid Kasimin gizləndiyi yerə hava zərbələri endirib.

Qafqazinfo” “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi mayor Eydrien Renkin-Qellouey məlumat verib.

“Hazırda biz hava zərbələrinin nəticələrini analiz edirik”,-deyə məlumatda qeyd edilib.

Agentliyinin məlumatına görə, Kasim böyük ehtimalla hücum nəticəsində öldürülüb.

Qeyd edək ki, Rəşid Kasim Fransada baş erən bir çox terror hadisələrində günahkar bilinir.