İŞİD-in Əl-Baba gedən yolu kəsildi

isid-in-el-baba-geden-yolu-kesildi
Oxunma sayı: 1250

Suriya hökumət qüvvələri İŞİD terror qruplaşmasının Əl-Bab şəhərinə gedən yolunu kəsib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ordu Ayn-Aloşie yüksəkliyinə nəzarəti tam olaraq ələ keçirib. Bunun nəticəsində İŞİD-in Əl-Bab şəhərinə gedən yegənə yolu da kəsilib.

Qeyd edək ki, Suriya ordusu Əl-Baba cənub və qərbdən hücum edir. Türkiyə ordusu isə "fərat qalxanı" əməliyyatları çərçivəsində şimal və şərqdən şəhər istiqamətində irəliləyir.