İŞİD daha bir tarixi abidəni məhv etdi

isid-daha-bir-tarixi-abideni-mehv-etdi
Oxunma sayı: 895

İraq Şam İslam Dövləti (İŞİD) qədim şəhər Palmirada daha bir abidəni partladıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı qədim Zəfər tağı yerlə-yeksan edilib.

Abidənin 2 min il tarixi olduğu qeyd edilib.

Qeyd edək ki, İŞİD Palmirada daha iki abidəni məhv edib. Bunlardan biri təxminən 2 min il yaşı olan Baalşamin Məbədidir.