İŞİD 550 ailəni girov götürdü - Mosulda

isid-550-aileni-girov-goturdu
Oxunma sayı: 1486

İŞİD yaraqlıları Mosulda 550 ailəni girov götürüb.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, terrorçular girovlardan sipər kimi istifadə etməyi planlaşdırırlar. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mətbuat katibi Ravin Şamdasani bildirib.

Onun sözlərinə görə, girov götürülənlər Mosul yaxınlığındakı yaşayış məntəqəsinin yerli sakinləridir. Bundan başqa, Şamsadani onu da əlavə edib ki, hazırda BMT bir kəndin 40 dinc sakinini öldürülməsi barədə məlumatları dəqiqləşdirir.

Aysel Kərimova