İŞİD 19 suriyalını ayağından asdı

isid-19-suriyalini-ayagindan-asdi
Oxunma sayı: 2695

İŞİD terror qruplaşmasının üzvləri 19 suriyalı kişini qətlə yetirərək, onları qurbanlıq heyvan kimi ayaqlarından asıblar.

QafqazinfoReport-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Əl-Arabiyyə" telekanalının saytı ekstremistlərin qətl zamanı çəkdikləri bir neçə şəkil ilə birgə məlumat yayıb.

Radikallar amansız qətli hazırda İŞİD-in işğalı altında olan Deyr-əz-Zor şəhərində, müqəddəs Qurban bayramının birinci günündə həyata keçiriblər.

Öldürülən şəxslər Suriya hökumətinə casusluq etməkdə ittiham olunublar.