İrəvanda etiraz aksiyası keçirilir - Fotolar

irevanda-etiraz-aksiyasi-kecirilir
Oxunma sayı: 1252

İrəvanın mərkəzində Artur Sarkisyan ölümünə həsr olunmuş etiraz aksiyası keçirilir. 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlıları qida ilə təmin edən Artur cinayətkarlarla əlaqədə olmaqda ittiham olunub və həbs edilib. O, martın 16-da Ermənistan tibb mərkəzində dünyasını dəyişib.

Qafqazinfo” “news.am”a istinadən xəbər verir ki, nümayişçilər Ədliyyə Nazirliyi binasının qarşısına çörək qoymaq istəsələr də polis onların qarşısını kəsib. Nəticədə etirazçılar Azadlıq meydanına toplaşmağa başlayıb.

Aksiyaya aktivist Şaqen Aruturyan rəhbərlik etdiyi bildirilir.   

Yürüş iştirakçıları ədalətin bərpa olunmasına və təqsirli şəxslərin cəzalandırılmasına çağıraraq "oturaq" aksiyası keçirməyə qərar veriblər.