İraq ordusu Mosula çatır - Son 5 km

iraq-ordusu-mosula-catir-
Oxunma sayı: 2338

İraq ordusu Mosulun 5 km şimalındakı sonuncu yaşayış məntəqəsi olan Tell-Kayifə daxil olub.

Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə “As Sumaria” telekanalı məlumat yayıb. 

Kanalın məlumatına görə, hücum nəticəsində iki məhəlləni tutmaq mümkün olub. Ələ keçirilən ərazidə İraq bayraqları qaldırılıb.

Hökumət qoşunları ilə bərabər əməliyyatları lentə alan jurnalistlər arasında da ölüm hadisəsi qeydə alınıb. Son gündə “As Sumaria” kanalının operatoru Əli Risani, “Əl-İrakiyə”nin isə müxbiri Əmir əl-Caburi İŞİD terrorçularının açdığı atəş nəticəsində həlak olub.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı oktyabrın 17-dən başlayıb.