İraq ordusu Fəllucanı İŞİD-dən azad etdi

iraq-ordusu-fellucani-isid-den-azad-etdi
Oxunma sayı: 843

İraq ordusu Fəlluca şəhərini İŞİD-dən tam azad edib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün İraq ordusunun komandanlığı bildirib.

Qeyd edək ki, Anbar əyalətinin qərbində yerləşən Fəlluca şəhəri 2014-cü ilin dekabrından İŞİD-in nəzarətinə keçib.

Mayın 23-də Fəllucanın azad edilməsi ilə bağlı əməliyyat başlayıb. İraq ordusunun bölmələri və şiə könüllülərinin iştirak etdiyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiya dəstəyi verib.