İraq “Əl-Cəzirə”nin yayımını dayandırdı

iraq-el-cezirenin-yayimini-dayandirdi
Oxunma sayı: 769

İraq hakimiyyəti ölkədə “Əl-Cəzirə” kanalının yayımını dayandırıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbərliyi Bağdadda teleyayım şirkətinin lisenziyasını ləğv edib, ofisləri bağladıb.

İraq rəsmiləri telekanalı “terrorla müharibə zamanı” KİV-in tənzimlənməsi üzrə hökumət təlimatını pozmaqda ittiham edib.

Qeyd edək ki, daha əvvəl İraq hakimiyyəti kanalı ölkədə “etiraz əhval”ı yaradan KİV olmaqda ittiham edib.

Aysel Kərimova