İranın ABŞ-la danışıqlar aparmasına - Qadağa

iranin-abs-la-danisiqlar-aparmasina
Oxunma sayı: 1268

İran dini lideri Ayətullah Əli Xameneyi ölkə rəsmilərinin ABŞ ilə danışıqlar aparmasını qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tehrandakı iqamətgahında İnqilab Gözətçiləri Ordusu Dəniz Qüvvələri komandirləri və ailələrini qəbul edən Xameneyi amerikalıların danışıqlar yolu ilə İrana nüfuz etmək istədiyini bildirib.

O, İranın Avropa ölkələri daxil olmaqla, digər ölkələrlə danışıqlar etməsin qarşı olmadığını bildirib. Dini lider Vaşinqton rəsmiləri ilə görüşün ABŞ-ın İrana nüfuz etməsinə səbəb olacağını vurğulayıb, ölkədəki bəzi şəxslərin bunu anlaya bilmədiyini söyləyib.

“ABŞ ilə görüşün ölkəyə heç bir faydası yoxdu, çoxlu sayda zərəri var”,- deyərək dini lider çıxışını yekunlaşdırıb.