İranda pilotsuz uçuş aparatı vuruldu

iranda-pilotsuz-ucus-aparati-vuruldu
Oxunma sayı: 1702

İranın paytaxtı Tehranda pilotsuz uçuş aparatı (PUA) vurulub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Polis İdarəsinin rəisinin köməkçisi Əli Nasırbaht bildirib.

Onun sözlərinə görə, PUA paytaxtın mərkəzində İnqilab Meydanı səmalarında vurulub.

Faktla bağlı araşdırmalar başlanılıb.

Qey olunur ki, hadisədən sonra Tehran səmalarında bir müddət döyüş təyyarələri dövrə vurub.