İranda 15 mərtəbəli bina uçub - 37 FHN işçisi ölüb+Fotolar

iranda-15-mertebeli-bina-ucub
Oxunma sayı: 3110

İranın paytaxtı Tehranda 15 mərtəbəli binada yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, 4 saat davam edən yanğının söndürülməsi prosesi zamanı 50 illik tarixi olan bina uçub.

İran dövlət televiziyası ilkin məlumata görə, azı 37 yanğınsöndürənin dağıntılar altında qalaraq öldüyünü açıqlayıb.

Dağıntılar altında qalanların azı 100 nəfər olduğu ehtimal edilir. Bina yanğın baş verən zaman boşaldıldığı və şaquli istiqamətdə uçduğu üçün daha çox itkinin qarşısı alınmış olub. 

Yaxın ərazidə yerləşən Türkiyə və İngiltərə səfirliyinin binası da uçma təhlükəsi ilə əlaqədar əvvəlcədən boşaldılıb.