İranda 1059 dustaq əfv edildi

iranda-1059-dustaq-efv-edildi
Oxunma sayı: 787

İran İslam İnqilabının 37-ci ildönümü ilə əlaqədar ölkədə amnistiya elan edilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamneyinin dəftərxanasının yaydığı məlumata görə, inqilabın ildönümü günü humanizm prinsiplərini əsas tutan Ali Rəhbər 1059 nəfəri əfv edib.

Hərbi və dini məhkəmələr tərəfindən azadlıqdan məhrum edilənlərin siyahısı Məhkəmə Orqanları Qurumunun (Qüüveyi Qəzayi) rəhbəri Sadık Amoli Laricani tərəfindən Ali Rəhbərə təqdim edilib.