“İnterpol” Nemtsovun 29 yaşlı qatilini axtarır

interpol-nemtsovun-29-yasli-qatilini-axtarir
Oxunma sayı: 1381

“İnterpol” məşhur siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Rusiya vətəndaşı Ruslan Muxudinov barədə axtarış elan edib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Cinayət Polisi Təşkilatının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 29 yaşlı rusiyalı cinayətdə və odlu silahların qanunsuz dövriyyəsində günahlandırılır.

Xatırladaq ki, B. Nemtsov 2015-ci il fevralın 27-də “Moskvoretski” körpüsündə qətlə yetirilib. O, 4 güllə yarasından dünyasını dəyişib. Cinayətlə bağlı 5 nəfər həbs olunsa da, onlardan heç biri qətli boyunlarına almayıblar.