Böyük Britaniyanın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfiri Simon Collis ilə xanımı Hüda Mujarkech Kəbəni ziyarət edərək hacı olublar.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə ingilis diplomatın özü Tvitter hesabında yazıb. Bununla da 60 yaşlı səfir Həcc ziyarətinə gedən ilk İngiltərə səfiri olaraq tarixə düşüb.
Səudiyyəli yazıçı və qadın haqqlarının müdafiəçisi Fevziyə Elbekir Tvitter hesabında səfirlə həyat yoldaşının Məkkədən çəkilmiş fotosunu paylaşaraq belə şərh yazıb: “İngiltərənin səfiri ilk dəfə Həcc ziyarətinə gedib. İslam dini tarixinə düşən səfir Collis və həyat yoldaşı Hüda Məkkədədir. Allah böyükdür”.
Collisi Həccə getdiyi üçün təbrik edənlərdən biri də Səudiyyə Ərəbistanı şahzadəsi Basma bin Suud olub: “Səfir və xanımına ən xoş arzularımı çatdırıram”.
Səfir isə Tvitterdə onu təbrik edənlərə təşəkkür edərək Hüda ilə evlənməzdən qısa müddət öncə müsəlman olduğunu söyləyib.
Qeyd edək ki, S. Collis 2015-ci ildən İngiltərənin Ər-Riyyadakı səfiridir. O, daha öncə İraq, Suriya və Qətərdə xidmət göstərib.
Son xəbərlər
Son Xəbərlər