İlin ilk Günəş tutulması martın 9-da olacaq

ilin-ilk-gunes-tutulmasi-martin-9-da-olacaq
Oxunma sayı: 656

Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzərTAC-a bildirilib ki, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayacaq, saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də olacaq. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.

Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.