Homoseksualların dəstəkçisi, yoxsa Sarkozinin fanatı? - Rama Yade kimdir?

homoseksuallarin-destekcisi-yoxsa-sarkozinin-fanati
Oxunma sayı: 1907

Xəbər verdiyimiz kimi gələn il Fransada baş tutacaq prezident seçkilərinə qara dərili, müsəlman Rama Yade namizədlik irəli sürüb.

Qafqazinfo” xəbər verir ki, R.Yadenin maraqlı və qalmaqallı həyatı var.

Rama Yade kimdir?

Rama Yade 1976-cı ildə Seneqalın paytaxtı Dakarda dünyaya gəlib. Valideynləri ayrıldıqdan sonra 1987-cil ildə ailəsi ilə birgə Fransaya gələn R.Yade burada Paris Siyasi Biliklər İnstitutunu bitirib. 2005-ci ildə Sosialist Partiyasının nümayəndəsi Jozef Zimmetlə ailə quran Yade eyni ildə həm də siyasətə qoşulub. O, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin hakimiyyəti dövründə ayrı-ayrı vaxtlarda xarici əlaqələr, insan haqları və idman nazirliklərində çalışıb. Xanım siyasətçi açıq-aşkar şəkildə Nikola Sarkozinin yaraşıqlı olduğunu iddia etməkdən də çəkinməyib.

Belə ki, 2005-ci ildə Xalq Hərəkatı Birliyinə yazılan R.Yade sağ dəyərlərdən çox Nikola Sarkozinin xarizmasının təsirli olduğunu söyləyib. Zaman-zaman qalmaqallı çıxışlar edən Rama AB konstitusiyasına qarşı olduğunu açıqlayıb. O, hər zaman onu da bəyan edib ki, ABŞ-ın İraqa müdaxiləsini dəstəkləyir. Rama Yade həm də eynicinsilərin nikaha daxil olmasını dəstəkləyənlərdən biridir. Onun bu addımını homoseksuallar dəstəkləsə də, siyası arenada sözügedən dəstək birmənalı qarşılanmır.

Aysel Kərimova