Hollandiyadan Türkiyəyə sərt tələb - Yardım dondurulsun

hollandiyadan-turkiyeye-sert-teleb
Oxunma sayı: 1396

Hollandiya parlamenti Türkiyəyə qarşı sərt tələb irəli sürüb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyədəki 15 iyul çevriliş cəhdindən sonra ölkənin hüquq dövləti prinsiplərinə məhəl qoymadığını iddia edən Hollandiya parlamenti Avropa Birliyi yardımlarının dondurulmasını istəyib. Sözügedən təklif Hollandiyanın müxalif Sosialist Partiya və Xristian Birliyi tərəfindən irəli sürülüb. Təklifdə qeyd edilir ki, AB-nin namizəd üzv kimi hər il Türkiyəyə verdiyi illik 600 milyon avro yardım dayandırılmalıdır.

Bundan başqa, məclis Türkiyənin Hollandiyadakı məscidlərə maliyyə dəstəyini sona çatdırmağı təklif edib və bu qəbul edilib.

Aysel Kərimova