Hökumət sürücülərin 1.5 milyonluq ziyanını bağladı - Qazaxıstanda

hokumet-suruculerin-15-milyonluq-ziyanini-bagladi
Oxunma sayı: 1338

Qazaxıstanın Almatı şəhərində hökumət ölkədaxili marşrutlara xidmət edən nəqliyyat şirkətlərinə ilin əvvəlindən 1 milyon 482 min təngə ödəyərək ziyanlarını bağlayıb.

Qafqazinfo” “Kapital.kz”ə istinadən xəbər verir ki, bu, 2016-cı ilin şəhər büdcəsində imtiyazlı vətəndaşlar kateqoriyası üçün nəqliyyat operatorları tərəfindən ilk dəfə nəzərdə tutulub.

Ümumiyyətlə, bu xərclər il üçün 2 dəfə artırılaraq 2 milyon 495 min təngəyə çatıb. Bu barədə sərnişin nəqliyyatı və avtomobil yollarının rəhbəri Maqsud İsahov bildirib.

“Əvvəllər biz şagird, tələbə, təqaüdçü və veteranlar üçün kompensasiya ödəyə bilmirdik. Nə üçün? Çünki biz o zamanlar hansı avtobusda konkret nə qədər insanın daşındığını bilmirdik. Onlar həmişə sayı çox, biz isə az götürürdük, çünki bəzi yaşlı insanlar və əlillər getməyə bilərlər. Bu, daimi mübahisə olub. Lakin elektron bilet sistemi ilə biz hansı avtobusda nə qədər insanın getdiyini dəqqi deyə bilərik. Mart ayından faəkiyyət göstərən “Onay” sistemi ilə daşıyıcılara təzminat ödəməyə başladıq. Belə ki, sən bir sərnişini 40 təngəyə aparmısansa, biz sənə 40 təngə əlavə ödəyirik”, - M. İsahov söyləyib.