Hindistanda təbii fəlakət - Ən azı 43 nəfər həlak olub

-hindistanda-tebii-felaket
Oxunma sayı: 1583

Hindistanın şimal-şərqində baş verən daşqında azı 43 insan həlak olub.

Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Zee News” telekanalı məlumat yayıb.

Məlumata görə, bölgədə güclü yağışlar bir neçə gün əvvəl başlayıb. Bugünkü vəziyyətə görə, Assam ştatında ölənlərin sayı 21 nəfərə çatıb. Daha iki milyon insan təbii fəlakətdən əziyyət çəkir. Bixar ştatında isə 22 nəfər həlak olub. Xəbər verilir ki, ştatın 400 min sakini öz evlərini tərk etməyə məcbur olub.