Hindistanda qayıq batıb - 19 ölü

hindistanda-qayiq-batib
Oxunma sayı: 642

Hindistanın Bixar ştatında, Qanq çayında qayıq batması nəticəsində ölənlərin sayı 19-a çatıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İnsident Panta şəhərində baş verib. Qəza baş verən zaman 30 nəfərlik qayıqda 50 adam olub. Onlardan 19-nun cəsədi aşkarlanıb. 10-12 nəfər üzərək sahilə çıxa biliblər. Xilasedicilər isə 8 nəfərin həyatını xilas ediblər.

Hazırda axtarış-xilasetmə işləri davam edir.