Hindistanda hərbçilərə hücum - Ölən var

hindistanda-herbcilere-hucum-
Oxunma sayı: 641

Hindistanda terrorçular hərbi dəstəyə hücum ediblər.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, insident Cammu və Kaşmir ştatında baş verib. Məlumata görə, terrorçuların hücumu nəticəsində 3 hərbçi ölüb.

Bildirilir ki, hərbçilər Şopian bölgəsində keçirilən xüsusi əməliyyatdan qayıdırlarmış. Hücumdan sonra terrorçu dəstə qaçıb. Hazırda onların axtarışı aparılır.

Aysel Kərimova