Hillari ilə Tramp əl-ələ görüşdü - Fotolar

hillari-ile-tramp-el-ele-gorusdu
Oxunma sayı: 2026

Dünən Nyu-Yorkda ştatın eks-qubernatoru Alfred Smitin adını daşıyan fondun təşkilatçılığı ilə illik qala gecəsi keçirilib.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, xeyriyyəçilik tədbirində Demokratlar və Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizədlər – Hillari Klinton və Donald Tramp iştirak edib. Hər iki rəqib gecədə əl-ələ verərək görüşüblər. Yanaşı əyləşən namizədlər pozitivlikləri ilə diqqət cəlb ediblər.