Hərbi təyyarə qəzaya uğradı

herbi-teyyare-qezaya-ugradi
Oxunma sayı: 1106

Dəməşq yaxınlığında Suriyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Dəməşqdən şimalda yerləşən əl-Kalamun şəhəri ərazisində baş verib. İlkin ehtimala görə, təyyarə Ceyş əl-İslam terror qruplaşması tərəfindən vurulub.

Bildirilir ki, MİQ-23 təyyarəsi təlim uçuşu həyata keçirirmiş. Pilot qəzadan öncə təyyarəni tərk etsə də taleyi hələlik məlum deyil. Onun axtarışı üzrə əməliyyat aparılır.

Suriya KİV-i isə təyyarənin qəzaya uğramasına səbəbin texniki nasazlıq olduğunu yazır.

Aysel Kərimova