Hərbi təyyarə qaçqın düşərgələrinə səhvən aviazərbə yetirdi - 100-dən çox ölü

herbi-teyyare-qacqin-dusergelerine-sehven-aviazerbe-yetirdi
Oxunma sayı: 2432

Nigeriya Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə “Boko Haram” terrorçularına qarşı əməliyyat zamanı səhvən qaçqın düşərgələrinə aviazərbə yetirib.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində humanitar təşkilatların əməkdaşları da daxil olmaqla 100-dən çox insan həlak olub.

Hücum Kamerunla sərhəddə Borno ştatındakı Rann bölgəsində həyata keçirilib.

Hazırda düşərgədən yaralılar evakuasiya olunurlar.