Hərbi təhsil müəssisələri də bağlanacaq

herbi-tehsil-muessiseleri-de-baglanacaq
Oxunma sayı: 2529

Türkiyədə hərbi təhsil müəssisələri bağlanacaq.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq.

Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.

Onun sözlərinə görə, bununla yanaşı, hərbi akademiyalar fəaliyyət göstərməyə davam edəcək.
Hazırda ölkədə 4 hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.