Hərbi helikopter qəza enişi edib - Əfqanıstanda

herbi-helikopter-qeza-enisi-edib
Oxunma sayı: 639

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəza enişi edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Kunduz vilayətində qeydə alınıb.

Müdafiə Nazirliyi faktı təsdiqləyib. Qurumdan verilən məlumata görə, helikopter yerə endikdən sonra onun ekipajı xilas edilib.

Vertolyotun düşmən əlinə keçməməsi üçün hərbçilər onu məhv edib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.