Hərbçilər qiyam qaldırdılar - Prezident ordu və polis rəhbərini qovdu

herbciler-qiyam-qaldirdilar
Oxunma sayı: 1714

Kot-d'İvuar prezidenti Alassan Uattara hərbçilərin ikigünlük qiyamından sonra ordu rəhbəri, Milli polis baş idarəsi və jandarm rəislərini vəzifələrindən qovub.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti bəyanatla çıxış edib.

Qeyd edək ki, yanvarın 6-da ölkədə əsgərlər silahlanaraq Buake şəhərini ələ keçirmişdilər. Etirazçılar maaşların artırılmasını, həyat səviyyəsinin yaxşılaşdırılmasını tələb ediblər.