“Hər kəs qaçırdı, mən də gizlənmək istəyərkən yaralandım” - Fotolar

her-kes-qacirdi-men-de-gizlenmek-isteyerken-yaralandim
Oxunma sayı: 3286

İstanbuldakı “Reina” terrorunda yaralananlardan daha biri açıqlama verib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ayağından yaralanan Mərakeşli Süheyla Taki hadisə barədə polisə danışıb.

24 yaşlı qız silah səsləri eşidilən kimi hər kəsin qaçmağa başladığını, özünün də qaçıb gizlənmək istəyərkən yaralandığını deyib. O, bildirib ki, terror zamanı onun yanında olan əkiz dostları- Əhməd və Məhmət Alfadul dünyasını dəyişib.

Bundan başqa,Taki açıqlamasında Türkiyəni sevdiyini vurğulayıb: “Terrora qarşı hər kəsin dik durmağı lazımdır. Terrordan qorxmadığımı göstərmək üçün bu ölkəyə təkrar gələcəyəm”.

Aysel Kərimova