Helsinkidə Hələb üçün aksiya keçirildi - Video

helsinkide-heleb-ucun-aksiya-kecirildi
Oxunma sayı: 681

Finlandiyanın paytaxtı Helsinkidə Hələb üçün həmrəylik nümayişi keçirilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yürüş Dəmiryol meydanında baş tutub. Həmrəylik nümayişinə minlərlə insan qoşulub. Suriyada müharibənin dayandırılmasıni istəyən vətəndaşlar müxtəlif şüarlar səsləndiriblər.

Senat meydanındakı aksiyaya İsveç Xalq Partiyasınkeçmiş deputatı Elizabet Ren də qatılıb. O, Hələbdə sülh çağırışı edərək, geniş nitq söyləyib. Nümayişdən sonra konsert proqramı keçirilib.

Bildirilir ki, konsertdən əldə edilən gəlir Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edən humanitar təşkilatlara göndəriləcək.

Aysel Kərimova